ABŞ Demokrat Partiyasının üzvü və 2016-cı il seçkisi üçün prezidentliyə namizədliyini verən Hillari Klintonu dəstəkləyən aktyor Corc Kluni sürpriz edərək Klintona rəqib ola biləcəyini deyib.
Axar.az xəbər verir ki, Amerika mətbuatı çoxdandır siyasətə can atan Kluninin prezidentliyə namizədliyini verməsi xəbərini yayıb. Bu istəyə bir səbəb kimi də aktyorun keçən il Livan əsilli insan haqları üzrə vəkil Amal Amaluddin ilə evlənməsi göstərilir. Bu evliliyin əsil məqsədinin Kluninin prezident seçkilərində qalib gəlməsi olduğu iddia edilir.Qeyd edək ki, aktyor evlənərkən dünya mətbuatı “Corc Kluni bu evliliklə Hollivud səhifəsini bağlayıb, siyasət səhifəsini açmaq istəyir”, – yazmışdı.