Rusiyadan Azərbaycana gələn mikroavtobus aşıb

Rusiyadan Azərbaycana gələn mikroavtobus aşıb backend

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Mikroavtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.