Bəhreyn Qətəri yeni sanksiyalarla hədələdi

Bəhreyn Qətəri yeni sanksiyalarla hədələdi backend

Bəhreynin Rusiyadakı səfiri Əhməd Saati Doha rəhbərliyinin terrora dəstəyini kəsməyəcəyi halda Körfəz ölkələrinin Qətərə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.


Axar.az xəbər verir ki, Sputnik-ə açıqlama verən Saati rəsmi Dohanın əvvəlki siyasətini sürdürdüyü təqdirdə ərəb ölkələrinin Qətərə cavab verəcəyini və terrorçuları dayandırmaq üçün hüquqi, siyasi və diplomatik tədbirlər görəcəyini deyib.

O, Bəhreynin Qətərdən tək tələbinin terrora dəstəyini dayandırmaq olduğunu söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl bir sıra ölkələr terrora dəstək verdiyini əsas gətirərək Qətərlə diplomatik münasibətləri dayandırıb.