2014-cü ildə robotların satışı 27 faiz artıb

2014-cü ildə robotların satışı 27 faiz artıb backend

2014-cü ildə dünyada sənaye robotlarına tələbat rekord səviyyəyə çatıb və ilk dəfə 200 min ədədi ötüb.

Qaziler.az Rabitə və Yüksək Texologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, “IFR” şirkətinin qiymətləndirməsinə görə, sənaye robotlarının satış həcminin ilkin qlobal nəticələrinin statistikası üzrə 2014-cü ildə onların satışı 225 min ədəd təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 27 faiz çoxdur. Əsas satış həcmi Asiyanın, o cümlədən Çin və Cənubi Koreyanın payına düşüb. Ümumilikdə regionda 140 min ədəd robot satılıb və hazırda bu, tarixdə ən böyük həcmdir. Bundan başqa, Şimali və Cənubi Amerikada, eləcə də Avropada robotların satışı yeni pik həddə çatıb.

Bildirilir ki, robotların satışında bütün əsas regionlarda artım qeydə alınıb. 2014-cü ildə Çin yenidən sənaye robotlarının böyük təyinat yeri olub. Təxminən 56 min ədəd robot satılıb ki, bu da 2013-cü ilə nisbətdə 54 faiz çoxdur. Çinin robot tədarükçüləri 16 min, beynəlxalq tədarükçülər 40 min robot tədarük ediblər.

Bununla yanaşı, avtomobil sənayesinə yatırılan çoxlu investisiyalar nəticəsində Cənubi Koreya böyüklüyünə görə ikinci təyinat (39 min ədəd) yeri olub. Sonrakı yerlərdə Yaponiya, ABŞ və Almaniya qərarlaşıb. Robot texnikasının beş iri bazarının payına ümumi satış həcminin 75 faizi düşüb, - "Robohunter” yazır.
Diaspora