“Avropa İttifaqı son illərdə Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri yumşaltmaq üçün Ukrayna hökumətinə təzyiqləri artırır”.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın “Faynənşl Tayms” qəzeti yayıb.Qəzetin yazdığına görə, Almaniya, Fransa və Böyük Britaniya Ukraynanı təmərküzləşmə prosesini sürətləndirməyə çağırır. Mətbuata açıqlama verən, almaniyalı siyasətçi Ştefan Mayster isə Ukrayna Rusiyanın dediyini eləməsə, Moskvanın Kiyev ilə münaqişəsini yeniləməyə imkanı olacağını bildirib.