ABŞ və Britaniyanın ən böyük media qurumlarından olan “Taym İnc.” kütləvi ixtisarlara hazırlaşır.
QAZİLER.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Kütləvi ixtisarlar ABŞ və digər xarici ölkələrdə gözlənilir.“Taym”ın belə addım atmasına səbəb isə genişmiqyaslı restrukturizasiya göstərilir. Bunun sayəsində media qurum diqqətini daha çox rəqəmsal media və video-imkanlara yönəltmək istədiyini bildirib.
İxtisarların 300 nəfəri əhatə edəcəyi gözlənilir. Bu ixtisarların daha çox çap jurnallarında edilməsi planlaşdırılır.
Qeyd edək ki, “Taym İnc.”in tərkibində hazırda 125-dən çox jurnal birləşir.