Ankarada İvedik Sənaye rayonunda partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” Haber7-yə istinadən xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri və mühərrik yağları satılan dükanda baş verib.Partlayışın məişət qazı balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.