Kürdlər Rakkada sürətlə irəliləyir

Kürdlər Rakkada sürətlə irəliləyir backend

YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Rakka şəhərində 3 məhəlləni İŞİD-dən geri alıb.

Axar.az xəbər verir ki, 1 həftə ərzində şəhərin Almaşalab, Sabahiyə və Romaniyə ərazilərinə nəzarət ələ keçirilib.

Hatin və Sina məhəllələrində isə şiddətli atışmaların davam etdiyi bildirilib.

Məlumata görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillərlə hücuma keçir.