Onlarla insan asma körpü ilə birlikdə çaya düşüblər. Körpü insanların ağırlığına tab gətirməyərək uçub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, asma körpü yarışı izləmək üçün orada olan insanların ayağının altından qaçıb.Hadisə Ekvadorda baş verib.
Tamaşaçılar o qədər çox olub ki, kanatlar dözməyərək qırılıb. Hadisə zamanı ölən olmasa da 7-si uşaq olmaqla 23 nəfər xəsarət alıb.
Yerli sakinlər bildirir ki, çayda su çox olsaydı insan itkisi qaçılmaz olardı.
