Təyarələr Türkiyə - Suriya sərhəddində reydlər keçirilib.
Region Türkiyə ordusuna aid “F-16” qırıcıları Suriya sərhəddinə göndərildi.ANS PRESS-in Türkiyə baş qərargah idarəsinin saytına istinadən verdiyi məlumata görə, Suriya hərbi təyyarələrinin Türkiyə sərhəddinə yaxınlaşmasından sonra bu istiqamətdə qərar qəbul olunub:
“Türkiyə - Suriya sərhəd bölgəsində reyd keçirən 2 “F-16” təyyarəmiz Suriyaya aid “SU-24” təyyarəsinin Hatayın Karbeyaz qəsəbəsinin cənub sərhəddinə yaxınlaşması ilə bölgəyə istiqamətləndirilib. Daha sonra Suriyaya aid həmin təyyarə sərhəddimizə 1 – 2 mil qala geri qayıdaraq bölgədən uzaqlaşıb. Sərhəd boyu qırıcılarla reyd keçirilib” – deyə baş qərargahın açıqlamasında bildirilir.
Açıqlamada həmçinin bildirilir ki, eyni gün sərhəddi qeyri-qanuni yollarla keçməyə çalışan 123 nəfərin saxlanılıb, həmçinin qaçaqmalçılıq yoluyla ölkəyə keçirilməyə çalışılan 25 871 qutu siqaret, 20 litr maye yanacaq, 54 kq müxtəlif ərzaq məhsulu, 4 müxtəlif mühərrikli vasitə, 2 motosikl, 22 avtomobilə aid müxtəlif hissələr, 95 mobil telefon və 201 baş ev heyvanı ələ keçirilib.