İran Hərbi Dəniz Qüvvələrinə aid 35-ci donanmasını iyunun 11-də Ədən körfəzindəki Babul Məndəb boğazına göndərəcək.
Axar.az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibullah Səyyari Ədən körfəzindəki 34-cü donanmanın 90 günlük xidmət müddətini bitirdikdən sonra 35-ci donanmanın həmin əraziyə göndəriləcəyini deyib.İranın 34-cü donanmasına aid “Buşehr” və “Elburz” gəmiləri aprelin 22-də Ədən körfəzinə göndərilmişdi.