Suriya hərbi qüvvələri Rusiyanın hava dəstəyi ilə Həma əyalətində əməliyyata start verib. Belə ki, Suriyanın 11 tank diviziyası terror qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb.
Axar.az xəbər verir ki, hazırda Suriya ordusu bir neçə istiqamətdə hücumları davam etdirir. Həma əyalətindən başqa Bəşər Əsədin qoşunları Palmira, Aleppo və Rakka uğrunda da döyüşlər aparır.Suriyadakı rus qoşunlarının komandanı general- polkovnik Sergey Surovkinin sözlərinə görə, Suriya ordusu Aleppo ərazisində 83 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.



