Everestdə qar uçqunu nəticəsində 18 alpinist ölüb.
Nepaldakı güclü zəlzələdən sonra Everest zirvəsinin yamacında baş vermiş qar uçqunu nəticəsində 18 alpinist ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə IBN-CNN telekanalı məlumat yayıb.Məlumata görə, ölən alpinistlərin hamısı əcnəbidir, hazırda onların vətəndaşlığı müəyyənləşdirilir.
Qeyd edək ki, bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 876 nəfərə çatıb.
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub.