İndoneziyada 5,6 bal gücündə zəlzələ olub

İndoneziyada 5,6 bal gücündə zəlzələ olub backend

İndoneziyada əhalinin sıx məskunlaşdığı Yava adasında 5,6 bal gücündə zəlzələ baş verib.


Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, yeraltı təkanların episentri Sukabumi şəhərindən 160 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Yeraltı təkanlar zəlzələnin episentrindən 200 kilometr aralıda yerləşən Cakartada da hiss olunub.