İstanbulda ağır qəza: 32 yaralı

İstanbulda ağır qəza: 32 yaralı backend

İstanbulda ağır yol qəzası baş verib.

Qaziler.az Anadolu agentliyinə istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Polis hadisə yerində araşdırma aparır.