İŞİD terrorçularının İraqda Şirkat şəhərinə hücumu nəticəsində azı 30 nəfər ölüb.
Qaziler.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ölənlər arasında hərbçilər və dinc sakinlər var. Daha 40 nəfər isə yaralanıb. İraq ordusu terrorçuların həmləsinin qarşısını ala bilib, 10-dan çox silahlı öldürülüb.Şirkat şəhəri Mosuldan 100 km cənubda yerləşir.