Türk Hava Yolları Şirkətinə məxsus təyyarə İstanbulun Atatürk havalimanından havaya qalxdıqdan sonra təcili olaraq geri dönüb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul-Milan reysi ilə hərəkət edən “Airbus 320” tipli təyyarənin havaya qalxdıqdan bir az sonra mühərriki alovlanıb. Pilot təcili geri dönməyə qərar verib. Enərkən təyyarənin qanadlarından biri yerə sürtülüb. Yanğınsöndürənlər dərhal təyyarəyə yaxınlaşaraq yanğının qarşısını alıblar.Təyyarədə olan sərnişinlər təşviş halında təyyarəni tərk ediblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.