İŞİD üzvləri Rusiyanın cənub bölgələrində və Orta Asiyada sabitliyi pozmaq üçün yeni planlar hazırlayır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşündə çıxışı zamanı deyib.“Əfqanıstandan gələn terrorçuların öz əməllərini ölkəmizdə yaymaq cəhdlərinə görə narahatıq. İŞİD qüvvələri ŞƏT ölkələrində də fəaliyyət göstərir. Sankt Peterburqda təşkil olunan hücumla bağlı istintaq bu reallığı üzə çıxardı”, - Putin bildirib.