Türkiyənin Şirnak vilayətində hərbi hissəyə silahlı hücum olub.
Qaziler.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, PKK terrorçularının hücumu zamanı iki türk hərbi qulluqçusu şəhid olub, daha üçü isə yaralanıb.Bölgədə yaraqlılara qarşı xüsusi əməliyyat başlayıb.
Qeyd edək ki, Türkiyədə PKK terrorçuları ilə artıq 30 ildir davam edən münaqişə 40 mindən çox insanın həyatına son qoyub.
PKK Avropa İttifaqı və BMT tərəfindən terror təşkilatı kimi tanınıb.