Nepalda zəlzələ: 150 ölü

Nepalda zəlzələ: 150 ölü backend

Aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Baş verən dəhşətli zəlzələ ən az 150 nəfərin həyatına son qoyub. Xeyli sayda insan xəsarət alıb, külli miqdarda dağıntılar var.

QAZİLER.AZ-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, 7,9 bal gücündə baş verən zəlzələ bu səhər yerli vaxtla saat 06:11-də qeydə alınıb.

ABŞ Geologiya Xidməti zəlzələ ocağının dərinliyini 15 kilometr hesablayıb.
Diaspora