Ağ Ev Rusiyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.
Avropa.info xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi Sara Sanders jurnalistlər qarşısında çıxış edərkən deyib. Onun sözlərinə görə, Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların saxlanılmasına sadiqdir. Sanksiyaların götürülməsi şərti kimi o, Moskvanın Ukrayna böhranı ilə bağlı vəzifələrini yerinə yetirməsində görür.“Əminik ki, mövcud rejim sanksiayalara Rusiyanın məsuliyyətini yerinə yetirməyə məcbur edən ən yaxşı alət kimi baxır” – o, belə deyib.