İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər.QAZİLER.AZ-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib.
Məlumata görə, bir neçə gün əvvəl hava zərbəsi nəticəsində yaralanan əl-Bağdadi Suriyanın Rakka şəhərində vəfat edib.Qruplaşmanın yeni lideri əvvəllər “Əl-Qaidə”nin İraqdakı “məşvərət şurasının” sədri Əbdürrəhman əl-Əfri seçilib.