Avropada yeni dövlət yaranır

Avropada yeni dövlət yaranır backend

Kataloniya İspaniyadan ayrılmaqla bağlı referendumu oktyabrın 1-də keçirəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kataloniya muxtar vilayətinin rəhbəri Karles Puçdemon söyləyib.

Qeyd edək ki, Kataloniya İspaniyanın tərkibindədir. Rəsmi Madrid heç bir halda muxtar vilayətin müstəqil olmasına izn verməyəcəyini bildirib. Avropa Birliyi isə tərəfləri problemi, tezliklə, həll etməyə səsləyib.