İŞİD İraq iqtisadiyyatını ələ keçirir

İŞİD İraq iqtisadiyyatını ələ keçirir backend

İŞİD işğal etdiyi əraziləri itirdikdən sonra kölgəyə çəkiləcək. Axar.az xəbər verir ki, bu sözlər Rəşad Mənsur və Hişam əl-Haşiminin “Çatam Hauz” üçün hazırladıqları məqalədə yer alıb.

Ekspertlər İŞİD-in bundan sonra İraqdakı qeyri-leqal və leqal iqtisadiyyatdan yararlanacağını söyləyiblər:

“Rakka və Mosulu itirməklə qruplaşma özünü dövlət hesab edə bilməyəcək və yeraltı təşkilat olacaq. Bu dəyişiklik həm hərbi, həm də maliyyə sahələrində müəyyən nəticələrə səbəb olacaq. Təşkilatın və onların ideologiyasının yaşaması üçün əsas açar maliyyədir. İŞİD hərbi iqtisadiyyatla böyüyüb və kifayət qədər iqtisadi potensial toplayıb. O, qaçaqmalçılıq üçün daha yaxşı müdafiə olunan yollar təklif edib. Bu model sayəsində İraqın şimalındakı bəzi iş adamları onlarla əlaqə qurub və hətta sıralarına da qoşulublar.

Əvvəllər qruplaşma öz maliyyəsini ixracat, əhalidən vergi toplama, qul ticarəti hesabına əldə edirdi. İndi İŞİD əsas diqqətini yeni sənayeyə - iş adamlarınının vasitəçiliyi ilə qanuni biznesə yönəldə bilər. Bununla terror təşkilatı ələ keçirdiyi pulları yuya biləcək. Artıq terroçular indidən çirkli pulların yuyulması üçün vasitəçilərdən yararlanırlar. İŞİD-in növbəti məhv edilmə prosesi terroçuların maliyyəsinə qarşı açılan savaş olmalıdır”.