BƏƏ-dən sonra Bəhreyn də Qətəri dəstəkləyənlərin cəzalandırılması haqda qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hər hansı formada Qətəri dəstəkləyən şəxsləri pul cəzası və ya 5 ilə qədər həbs gözlədiyini bildirib.
Qeyd edək ki, BƏƏ Qətərin siyasətinə həmrəylik nümayiş etdirən hər bir şəxsin 15 il müddətinə azadlıqdan məhrum ediləcəyini açıqlayıb.