Türkiyə Prezidenti Qətərdə türk əsgərlərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

Türkiyə Prezidenti Qətərdə türk əsgərlərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsi ilə bağlı sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.


QAZİLƏR.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.