“Al Jazeera“ telekanalı geniş haker hücumuna məruz qalıb

“Al Jazeera“ telekanalı geniş haker hücumuna məruz qalıb backend

"Al Jazeera" media qrupu kütləvi haker hücumuna məruz qaldığını bəyan edib.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, KİV yaxın vaxtlarda bu barədə ətraflı məlumat yayacağını vəd edib.
"Al Jazeera" mediaqrupunun bütün sistemləri, veb-saytları və sosial şəbəkələrdəki əkkauntları kiberhücuma məruz qalıb", - deyə mediaqrupun məlumatında bildirilir.
Bununla belə, "Reuters" xəbər verir ki, nəşrin bütün sistemləri işlək vəziyyətdədir.
Qeyd olunur ki, şirkətin İT xidməti hücumların qarşısını ala bilir.