İngiltərənin paytaxtı Londondakı Trafalgar Meydanı terror şübhəsi səbəbiylə nəqliyyata bağlanıldı.
İngiltərədə erkən seçkinin keçirildiyi gün polisin meydanda bomba axtardığı bildirilib."Reuters" xəbər agentliyi isə hadisənin nəzarət altına alındığını və "terrorla əlaqəli" heç bir hadisənin baş vermədiyini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hazırda meydanda vəziyyət normaldır.