Türkiyə Avstriyanın Aralıq dənizində hərbçilər yerləşdirməsinə mane olub. Axar.az xəbər verir ki, bu haqda Avstriya Müdafiə Nazirliyi rəsmisi Yohan Frank Avstriya dövlət televiziyasına danışarkən deyib.
Yohan Frank veto qoyulan əməliyyatın Avropanın xarici sərhədlərinin qorunması və Avstriyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, Avstriya qaçqınların ölkəyə axınının qarşısını almaq üçün öz hərbçilərini Aralıq dənizində yerləşdirmək istəyirdi.