Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb

Tehranda insanların üzərinə kimyəvi turşu atılıb, 16 nəfər xəsarət alıb backend

İranın paytaxtı Tehranda insanların üzərinə kimyəvi turşu atılıb.

APA-nın İranın Tasnim Agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 16 nəfər xəsarət alıb. Hadisəni törədən şəxsin tutulduğu, hücumun terror aktı olmadığı bildirilir.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, iyunun 7-də İran Milli Məclisində və İmam Xomeyni türbəsində törədilən terror hücumları nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.