Ukraynada ABŞ səfirliyi ərazisində PARTLAYIŞ

Ukraynada ABŞ səfirliyi ərazisində PARTLAYIŞ backend

ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə paytaxt Kiyevin Şevçenko rayonunda baş verib.

Hüquq-mühafizə orqanları "terror aktı" maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, hadisə gecə saatlarına baş verib.

Naməlum şəxslərin diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atdığı bildirilir. Partlayış nəticəsində xəsarət alan olmayıb.