Türk əsgərlərinin Qətərdə yerləşdirilməsinə dair qanun qəbul edilib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Qətərdə türk hərbçilərinin yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin tədrisi üzrə qanun layihəsini təsdiqləyib.Qaziler.az bildirir ki, bu barədə Ensonhaber.com xəbər verir.
Hazırda Qətərdə inşa edilən bazada 200 türk hərbi məsləhətçi var. Baza 5000 nəfərlik heyətin ehtiyaclarını qarşılayacaq şəkildə hazırlanır. Sazişin Məclisdən keçməsinin ardından Qətərdəki türk əsgərinin sayının bu rəqəmə çatması gözlənilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam Qətərə tətbiq olunan sanksiyaları doğru olmadığını, Türkiyənin Qətərlə əlaqələrini davam və inkişaf etdirəcəyini söyləmişdi.