Ukraynadakı "NewsOne" telekanalındakı "Duel" verilişinin aparıcısı Mıkola Veresen canlı efir vaxtı Pyotr Poroşenkonun blokundan olan xalq deputatı İvan Vinniki studiyadan qovub.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, veriliş zamanı deputatların diskussiyası gedişatında Vinnik və opponenti "Батьківщини"dən ( Yuliya Timoşenkonun bloku) olan xalq deputatı Sergey Yevtuşok tez-tez bir-birinin sözünü kəsib, bu isə aparıcının xoşuna gəlməyib."Sizdən çox xahiş edirəm, özlərini apara bilməyən deputatlara səs verməyin", - deyə Veresen zaldakı tamaşaçılara müraciət edib.
Siyasətçilər bir-birinin sözünü kəsməyə davam etdiklərinə görə Veresen verilişin sonuna qədər Vinnikin mikrofonunu söndürülməsini xahiş edib. Bundan sonra deputat studiyanın tərk etməklə bağlı aparıcıya sual verib.
"Bəli, gedə bilərsiniz. İrəli, irəli", - deyə Veresen onu hirslə yola salıb. Bundan sonra Vinnik studiyanı tərk edib.