ABŞ Rakka hücumu haqda açıqlama verib.
Axar.az xəbər verir ki, Amerikanın Müdafiə naziri Ceff Davis öz çıxışında dünən başlanan Rakkaya hücum əməliyyatında İncirlik aviabazasından istifadə edildiyini bildirib.
O, İŞİD-ə qarşı hava hücumlarında bundan sonra da İncirlikdən istifadə edəcəklərini vurğulayıb.
Qeyd edək ki, Almaniya bu gün İncirlikdəki hətbi texnika və əsgərlərinin çıxarılması barədə qərar qəbul edib.