Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, hadisələr zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.
15:05
İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.
APA-nın İran bürosunun xəbərinə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.
Hazırda binada axtarış aparılır.
Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.
**
12:13
İran parlamentində silahlı hücum zamanı 7 nəfər öldürülüb.
Lent.az-ın tasnimnews.com-a istinadən məlumatına görə, bu barədə parlament mənbələrindən bildirilib. 4 nəfər isə əsir götürülüb. Hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyi deyilir. Terrorçulardan biri isə qadın olub.
***
12:05
İranda Milli Məclis və İmam Xomeyni türbəsinə silahlı hücumları İŞİD terror təşkilatı törədib.
APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında İŞİD-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirilib.