Almaniya: Tramp Yaxın Şərqi alovlandırır

Almaniya: Tramp Yaxın Şərqi alovlandırır backend

ABŞ Prezidenti Donald Trampın siyasəti Yaxın Şərqdə konfliktləri alovlandırır. Axar.az xəbər verir ki, bunu “Handelsblat” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib.


“Bir müddət əvvəl qeyd etdiyimiz kimi, ABŞ-la Səudiyyə Ərəbistanı arasında imzalanan silah müqaviləsi böyük fəlakətə səbəb ola bilər. Trampın Yaxın Şərq siyasəti doğru deyil. Biz artıq bu regiondakı qonşu dövlətlər arasında yaşanan gərginlikdən narahatıq”, – deyə o bildirib.