Tehran şəhərinin yaxınlığındakı İmam Xomeyni mavzoleyində atışma baş verib.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, hücum edənlərdən biri mavzoleyin içərisində partlayış törədib.Bir qədər əvvəl İran KİV-ləri parlamentdə atəş səslərinin eşidildiyi barədə məlumat yayıb. İSNA agentliyinin xəbərinə görə, 4 nəfər silahlı şəxs yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 10:00) parlamentin binasına soxularaq mühafizə xidmətinin əməkdaşlarına nizamsız atəş açıblar. Hazırda onların tutulması üçün əməliyyat keçirilir. Həmçinin məlumat verilir ki, insident nəticəsində bir nəfər ölüb səkkiz nəfər yaralanıb.