Putin: “ABŞ-Rusiya müharibəsindən heç kəs sağ çıxmaz”

Putin: “ABŞ-Rusiya müharibəsindən heç kəs sağ çıxmaz” backend

“ABŞ-la Rusiya arasında müharibə olsaydı, bundan heç kəs sağ çıxmazdı”.


QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Showtime” kanalında amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib. Putin ABŞ-la Rusiya arasındakı problemlərin həll olacağına ümid etdiyi bildirib: “Nə qədər ki, bizi qəbirə qoymayacaqlar, ümid hər zaman var”.

Rusiya prezidenti NATO barədə də danışaraq qeyd edib ki, hazırda alyans öz mövcudluğunu əsaslandırmaq üçün xarici düşmən axtarır: “Artıq Şərq Bloku, Sovet İttifaqı yoxdur. Onda NATO niyə mövcuddur? NATO-ya xarici düşmən lazımdır. Ona görə, daim xarici düşmənlə, təxribatlarla bağlı axtarış aparılır ki, kimsə düşmən elan olunsun”.