Naməlum şəxs İran parlamentində atəş açıb, nəticədə bir nəfər ayağından yaralanıb.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, atəş açan şəxs bir neçə nəfəri girov götürüb. Atışmanın davam etdiyi bildirilir.Bununla yanaşı, İranın təhlükəsizlik orqanları girovlar barədə informasiyanı təsdiqləməyib. Atəş açanın şəxsiyyəti və insidentin səbəbləri hələlik müəyyənləşdirilməyib.