Türk ordusu itki verdi: 1 ölü, 6 yaralı

Türk ordusu itki verdi: 1 ölü, 6 yaralı backend

Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb.

Modern.az-ın məlumatına görə, PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına aparılıb. Bölgədə PKK terrorçularına qarşı havadan dəstək verməklə əməliyyata başlanıb.