Türkiyə XİN Rusiyanın mövqeyini qınadı

Türkiyə XİN Rusiyanın mövqeyini qınadı backend

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini qınayan bəyanat yayıb.

APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi xəbərə gərə, bəyanatda qeyd edilib ki, Türkiyə üçün bu cür açıqlamalar heç bir əhəmiyyət daşımır.

Rusiya Dumasının 1995-ci ildən bəri hər 10 ildən bir təktərəfli erməni iddialarını dəstəkləyən siyasi açıqlamalarla çıxış etdiyi xatırladılıb və bildirilib ki, bu il də bu ənənə pozulmayıb: “Dumanın bu açıqlamasını da qınayırıq”.

“Türkiyənin dostluğuna önəm verməsini və həssaslığına diqqət etməsini gözlədiyimiz Rusiyanın mövqeyində israr etməsi bölgəmizdəki sülh, barış və rifaha yardımçı olmayacaq” deyə, açıqlamada bildirilib.

Türkiyə Rusiyanı bu məsələdə təktərəfli mövqedən çəkinib, Ermənistanı və erməniləri Türkiyənin dostluq və barış çağırışlarına qarşılıq verməyə təşviqə çağırıb.
Diaspora