Kürdlər İŞİD-in “paytaxtı”na daxil oldular

Kürdlər İŞİD-in “paytaxtı”na daxil oldular backend

Əsas hissəsini kürd döyüşçülərinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” İŞİD-in “paytaxt” elan etdiyi Raqqaya daxil olublar.


QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, onlar şəhərin şərqində yerləşən Məhləb məhəlləsinini bir hissəsini nəzarətə götürüblər.

Suriya Demokratik Qüvvələrinin rəsmisi Talal Silo əməliyyatın bazar ertəsi günü 3 istiqamətdən başladığını və beynəlxalq koalisiyanın hava dəstəyi ilə uğurların əldə olunduğunu deyib.

O, İŞİD üzvlərinin şəhər uğrunda ölümə qədər döyüşəcəyini bildirib. Raqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir və onun qeyri-rəsmi paytaxı sayılır.