Fransanın paytaxtı Parisdə Eyfel qülləsini ziyarət edənlər qüllənin yuxarı mərtəbəsindən aşağıya "qısa yol” ilə gedə biləcəklər.
Bunun üçün xüsusi ziplayn xidməti yaradılıb.
Lakin bu yol hər kəsin cürət edə biləcəyi yol deyil. Ziplayn kanatında hərəkət edən zaman insanın sürəti saatda orta hesabla 90 kilometrə çatır. Ziplayn qüllənin ikinci mərtəbəsindən başlayır və 800 metr məsafəni əhatə edir. İstifadəçi bu məsafəni cəmi 1 dəqiqə qət edə bilir.
Ziplayn Fransa Açıq Tennis Turniri ərzində xidmət göstərəcək./AzNews.az