Səudiyyə Ərəbistanı Qətərin “Əlcəzirə” televiziyasının yayım lisenziyasını ləğv edib. Axar.az xəbər verir ki, “Adjil” portalı Ər-Riyad əmrinə əsasən televiziyanın mərkəzi ofisində çalışan Səudiyyə Ərəbistanı vətəndaşlarının hamısının ölkələrinə geri qayıtmalı olduğunu yazıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv Qətərlə münasibətləri dayandırıb. Bu ölkələr Qətərə qarşı bu addımı rəsmi Dohanın terrorizmə dəstək verməsi iddiası ilə izah ediblər.Ərəbistan “Əlcəzirə”nin lisenziyasını ləğv etdi

