Hindistan hökuməti 2019-cu ilədək bütün dövlət limanlarında 200 MVt gücündə olan külək və günəş batareyaları quraşdıracaq. Bu isə onları tam şəkildə bərpa olunan enerjiyə keçirmək imkanı verəcək.
İKT.lent.az-ın "The Economic Times"a istinadən xəbərinə görə, layihənin xərcləri (təxminən 77,6 milyon dollar) limanların öz gəlirləri hesabına qarşılanacaq. Təkcə ötən maliyyə ili ərzində limanların mənfəəti 775 milyon dollar olub.
Yaxın iki il ərzində Hindistanın Dəniz Nəqliyyatı Nazirliyi 12 dövlət limanında 150 MVt gücündə günəş və 50 MVt gücündə külək batareyaları quraşdıracaq.
"GTM Research" şirkətinin proqnozuna görə, bu il Hindistan ölkədəki günəş batareyalarının gücünü 1GVt-a çatdıracaq. Bu isə günəş energetikası sahəsində Çin və ABŞ-dan sonra üçüncü olan Yaponiyanı Hindistanın qabaqlaması demək olacaq.