Gündə 3 min adam yoluxur – SOS

Gündə 3 min adam yoluxur – SOS backend

Yəməndə hər gün 3-5 min nəfər vəba xəstəliyinə yoluxur.


Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YUNİSEF-in Qərbi Asiya Departamentinin rəhbəri Qirt Kappelare söyləyib.

“Yəməndə rəsmən 70 min şəxs vəbaya yoluxub. Əgər heç bir şey edilməsə, bu say iki həftə içində 2 dəfə arta bilər. Bir ay içində isə bu rəqəm 300 minə çatar”, – deyə o bildirib.