Mosulda ABŞ, İraq, YPG və Haşdi Şabi qüvvələrinin İŞİD-ə qarşı keçirdikləri əməliyyat faciə ilə nəticələnib.
Axar.az xəbər verir ki, ABŞ-ın havadan, digər qüvvələrin isə qurudan İŞİD hədəflərinə atdığı fosfor bombaları xeyli sayda mülki vətəndaşın ölümünə səbəb olub.
Fosfor bombaları ilə vurulan Əl-Nuri məscidinin və Habda minarəsinin yanan görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, bölgədə azı 200 min mülki vətəndaşın olduğu deyilir və hər dəfə İŞİD-ə qarşı həyata keçirilən bombardman zamanı onlarla günahsız insan həlak olur. Xüsusən, şəhərə davamlı olaraq atılan fosfor bombası oksigenlə təmas zamanı alovlanır və bu alov insanın sümüklərini belə əridəcək qədər güclüdür.