Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır

Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır backend

Londonda terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.

Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərənin milli səhiyyə xidmətinin açıqlamasında bildirilir.

“İngiltərənin milli səhiyyə xidməti bəyan edir ki, London körpüsündə yaralanan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”,- məlumatda deyilir.

Ötən gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.