Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.
QAZİLƏR.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə polic bəyanat yayıb. Bəyanatda deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".
Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.