Uşaqların saxlanıldığı təcridxanada yanğın: 7 məhbus öldü

Uşaqların saxlanıldığı təcridxanada yanğın: 7 məhbus öldü backend

Braziliyanın Parayba əyalətindəki "Lar do garoto Otavio Santos" təcridxanasında üsyan zamanı baş verən yanğında 7 uşaq ölüb, 30-u isə islah evindən qaçıb.

Qaziler.az metbuat.az-a istinadla bildirir ki, baş verən üsyanda azyaşlı məhbuslar əllərinə keçən nə varsa, yandırıblar. Ölənlərin əksəriyyətinin yanğın zamanı öz yataqlarında olduqları deyilir.

Hadisə ilə bağlı əməli tədbirlər həyata keçirilib. Araşdırma aparılır.